Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə rayonun Kürdmahmudlu kəndində qeydə alınıb.
Avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Mirzəyev Novruz Nəsib oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.(report.az)


