Gündəm

Deputat: “Azərbaycan Rusiyanın lehinə səs verə bilməzdi, çünki bu, ayıb olardı”

Deputat: “Azərbaycan Rusiyanın lehinə səs verə bilməzdi, çünki bu, ayıb olardı”

"Azərbaycan Rusiyanı dəstəkləmir".

Demokrat.az xəbər verir ki, bunu deputat Erkin Qədirli “Amerikanın Səsi”nə verdiyi müsahibəsində bildirib.

“Azərbaycan Rusiyanı dəstəkləmir. Bu, hər şeydə görünür. Məsələn, Avropa Şurası Nazirlər Komitəsinin səsverməsindən söhbət gedirsə, Azərbaycan ümumiyyətlə orda iştirak eləməyib. Məncə, burada çox aydındır ki, Azərbaycan məhz Rusiyanı dəstəkləmədiyi üçün iştirak etməyib. Və mən əminəm ki, Rusiya bunu bu cür də gördü. Azərbaycan Rusiyanın lehinə səs verə bilməzdi, çünki bu, ayıb olardı. Bizdə bilirsiz necədir, ayıbla təhlükə arasında seçim etməli olursan, bu da çox çətin bir seçimdir. Ölkəmizi də düşünməliyik, bizim ərazimizdə rus qoşunları var. Ərazimizin qalan hissəsini öz nəzarətimizə keçirmək üçün Rusiya ilə ehtiyatlı davranmalıyıq. Amma aydın məsələdir, Rusiyanın etdiklərinə haqq qazandırmadan. Mənə elə gəlir ki, bu xarici siyasət yetərincə ağıllıdır. O biri yandan da Ukraynaya açıq şəkildə yardım göstərilir”, deyə deputat qeyd edib.

Rza Demokrat.az

D
demokrat.az