Gündəm

Politoloq: “Rusiyanın Ukraynada məğlubiyyəti Ermənistanı sülh müqaviləsi imzalamasına gətirə bilər”

Politoloq: “Rusiyanın Ukraynada məğlubiyyəti Ermənistanı sülh müqaviləsi imzalamasına gətirə bilər”

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. Bəs, sülh müqaviləsinin tez bir zamanda imzalanması gözlənilirmi?

Suallımızı cavablandıran politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı verdiyi bəyanat praqmatik bir siyasətçinin verdiyi bəyanatdır. Politoloq qeyd edib ki, Ermənistanın sülh müqaviləsinə tez bir zamanda razı gəlməsi mümkün görünmür:

Politoloq: “Rusiyanın Ukraynada məğlubiyyəti Ermənistanı sülh müqaviləsi imzalamasına gətirə bilər”

“Azərbaycanla Ermənistan arasında 10 noyabr Bəyannaməsindən sonra əldə olunan razılaşmalar təbii ki, sülhə aparacaq bir yol xəritəsidir. Habelə, Ermənistan tərəfi Soçi və Brüssel görüşündə əldə olunan razılaşmalara əməl etməlidir. Bundan sonra sülh haqqında düşünmək olar. Hesab edirəm ki, Nikol Paşinyanın hazırki verdiyi sülh müqaviləsi bəyanatı təbii ki, praqmatik bir siyasətçinin verdiyi bəyanatdır. Bu ilk növbədə reallığa söykənməlidir. Regionda dəyişən geosiyasi şərtlər, Rusiyanın Ukrayna böhranı fonunda müəyyən dərəcədə uğursuzluğu Ermənistanda müəyyən qədər bu məsələdə bir qorxaqlıq yaradıb və Ermənistan tərəfi bu fonda sülh təşəbbüsləri irəli sürür. Azərbaycan tərəfi də daima sülhdən yanadır və Ermənistana sülh təklifləri verib. Müharibədən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi bu məsələdə daima yayınır, manevr edir. Amma düşünürəm ki, Ermənistanın sülh müqaviləsinə tez bir zamanda razı gəlməsi mümkün görünmür. İlk növbədə əldə olunan razılaşmalar yerinə yetirilməlidir və bundan sonra sülh haqqında düşünmək olar. Təbii ki, bu sülh təşəbbüsləri, sülh istiqamətinə verilən bəyanat pozitiv bir bəyanatdır. Dövlətlər arasında bir münasibətlərin yumşalmasına gətirəcək bir prosesdir. Amma qeyd edim ki, bu, Ermənistanın Rusiyanın düşdüyü bataqlıqdan və ona artıq arxayın olmamağından irəli gəlir. Bu da regionda müəyyən müsbət proses formalaşdırır. Təbii ki, Rusiyanın Ukraynada məğlubiyyəti Ermənistanı tez bir zamanda sülh müqaviləsi imzalamasına gətirə bilər. O fonda da artıq Ermənistan rəhbərliyi bu kimi təşəbbüslər verir. Təbii ki, Azərbaycan tərəfi də tez bir zamanda sülhün bağlanmasına tərəfdardır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az