Dünya

Rusiyada dolların məzənnəsi tarixi maksimumu yenilədi

Rusiyada dolların məzənnəsi tarixi maksimumu yenilədi

Rusiyada ABŞ dollarının məzənnəsi tarixi maksimumu yeniləyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva birjasında dolların məzənnəsi 110 rublu keçib.

Qeyd edək ki, Ukrayna müharbəsi səbəbindən fevralın 27-də Qərbin Rusiya Mərkəzi Bankının ABŞ, Avropa İttifaqı və Kanadadakı xarici aktivlərini dondurmasını açıqlaması Rusiyada rublun kəskin dəyər itirməsinə səbəb olub.

Rusiyada banklarda və valyutadəyişmə məntəqələrində dolların satışı dayandırılıb.

Demokrat.az

D
demokrat.az