Gündəm

Zelenskinin kapitulyasiya çıxışı hazırlanır — "Bu videoya baxsanız, bilin ki, saxtadır”

Zelenskinin kapitulyasiya çıxışı hazırlanır — Bu videoya baxsanız, bilin ki, saxtadır”

Ukrayna prezidenti Vladimir Zelenskinin kapitulyasiya çıxışının əks olunduğu saxta video hazırlanır. Bu video Rusiyanın yeni informasiya təxribatıdır və “deepfake” texnologiyası ilə hazırlanıb.

Demokrat.azxəbər verir ki, bu barədə Ukrayna Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb. “Bu videoya baxsanız, bilin ki, saxtadır. Bu cür texnologiyalardan istifadə etməklə hazırlanan videonu real videodan ayırmaq demək olar ki, mümkün deyil. Bu saxta videonun məqsədi diqqəti yayındırmaq, çaxnaşma salmaq, vətəndaşları qəzəbləndirmək və ordumuzu təslim olmağa inandırmaqdır. Ukrayna təslim olmayacaq. Rusiya ancaq saxta qələbə ilə çıxış edə bilər”, – məlumatda deyilir.

Demokrat.az

D
demokrat.az