Gündəm

“Putin Ukraynaya hücum etsə, dünya müharibəsi olacaq” — Vəfa Quluzadə 8 il əvvəl bu gün üçün hansı proqnozu verib?

“Putin Ukraynaya hücum etsə, dünya müharibəsi olacaq” — Vəfa Quluzadə 8 il əvvəl bu gün üçün hansı proqnozu verib?

İnternetdə Azərbaycan prezidenti, mərhum Heydər Əliyevin sabiq müşaviri Vəfa Quluzadənin 2014-cü ildə Rusiyanın Krımın işğalı ilə bağlı verdiyi şərh yayımlanıb.

V.Quluzadə “Amerikanın Səsi” radiosuna verdiyi müsahibədə Rusiya-Ukrayna münasibətərinin gələcək perspektivini şərh edir.

“Əgər Putin Ukraynaya qarşı hərbi əməliyyata başlasa, bu, Hitlerin Polşaya qarşı apardığı əməliyyata oxşar olacaq. Bu addım dünya müharibəsi yaratdı. Həmin şey Ukraynada da baş verə bilər. Ona görə NATO bu cür hücuma cavabsız qalmaz. Putin də bunu bilir“-deyə V. Quluzadə deyir.

Politoloqun təhlili bu gün baş verən müharibənin fonunda aktualdır.

Videonu təqdim edirik:

Demokrat.az

D
demokrat.az