Gündəm

Azərbaycanlı milyarder sərvətinin 60%-ni itirdi

Azərbaycanlı milyarder sərvətinin 60%-ni itirdi

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarından sonra rusmilyarderlərin sərvəti kəskinazalıb.

Demokrat.azxəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.

Rusiyanın 21 ən varlı şəxsi bu il ümumi olaraq 84 milyard dollar itirib. Milyarderlər hücumdan sonra cəmi bir gündə 39 milyard dollar itki ilə üzləşiblər.Bu, ötən həftə ölkənin birja bazarında 50% dəyər itirməsinə gətirib çıxarıb.

Rusiya milyarderləri arasında ən çox itki verən "Lukoyl"un rəhbəri, əslən azərbaycanlı olan Vahid Ələkbərovdur. O, bu il 14 milyard dollar, yəni sərvətinin 60 faizini itirib.

“Bloomberg”in qiymətləndirməsinə əsasən,hazırdaVahid Ələkbərovunsərvəti 8,8 milyard dollardır.

Leyla Demokrat.az

D
demokrat.az