Gündəm

Aİ hava məkanını Rusiya təyyarələrinə bağlayır

Aİ hava məkanını Rusiya təyyarələrinə bağlayır

Avropa İttifaqı hava məkanını Rusiya təyyarələrinə tamamilə bağlayır.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen məlumat verib.

“Biz Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün Aİ hava məkanını bağlayırıq. Bu təyyarələr Aİ ərazisinə eniş edə və ya havaya qalxa bilməyəcəklər. Bura həmçinin oliqarxların şəxsi təyyarələri də aiddir” – deyə Lyayen bildirib./apa

D
demokrat.az