“Bu münaqişəni Rusiya-Ukrayna yox, Rusiya-NATO qarşıdurması sayıram. Və NATO ilə (Ukrayna ilə yox, məhz NATO ilə!!!) qarşıdurmada Rusiyanı haqlı tərəf hesab edirəm. Əminəm ki, Moskvanın NATO-dan sərhədlərinin yaxınlığında raket yerləşdirməməyi tələb etməsi tamamilə doğrudur. ABŞ başqa qitədən gəlib, Rusiyanın sərhədlərinin yanında raket yerləşdirməli deyil”.
Demokrat.az-ın xəbərinə görə, bunu jurnalist Vüsal Məmmədov bildirib.
V.Məmmədov qeyd edib ki, Ukrayna bu qarşıdurmada günahsız və yersiz qurbandır: “Ukraynalı dostlarımız üçün səmimi olaraq ürəyim qana dönür. Ölkəsini tamamilə mənasız münaqişədən yayındıra bilmədiyi üçün Zelenskiyə acığım tutur. Düşünürəm ki, bu vicdansız müharibə Atlantika blokunun slavyan-pravoslav sivilizasiyasına qarşı qurduğu alçaqcasına tələdir. Müharibə dərhal dayanmalı, Ukrayna NATO-ya inteqrasiyadan imtina etməli və Rusiyanın təhlükəsizlik zəmanəti istəklərinə anlayışla yanaşmalıdır. Donetsk və Luqansk neytrallıq öhdəliyinin qarşılığında Ukraynaya birləşdirilməlidir. Azərbaycan bu münaqişədə əsla tərəf olmamalı, əksinə, çalışıb iki qonşumuz və dostumuz arasında vasitəçilik həyata keçirməlidir. Vəssalam. Mənim mövqeyim səmimi olaraq budur. Dünən də belə idi, sabah da belə olacaq”.
Onun bu mövqeyi “Facebook” sosial şəbəkəsində müzakirələrə səbəb olub. İzləyicilər V.Məmmədovu tənqid ediblər.


