Dünya

“İndi qələbəmizə inanan tək biz deyilik” — Ukrayna müdafiə naziri

“İndi qələbəmizə inanan tək biz deyilik” — Ukrayna müdafiə naziri

Ukrayna müdafi naziri Aleksey Reznikov ölkə vətədaşlarına müraciət edib.

Demokrat.az xəbər verir ki, nazir müraciətində Ukrayna ordusunun 72 saat ərzində işğalçıları hücumunu necə dəf etdiyini bildirib.

"Ölkəmizi və dünyamızda həmişəlik dəyişən üç gün. Kiyevi 2 saata ələ keçirəcəklərini vəd edənlərin hamısı haradadır? Mən onları görmürəm. Yalnız necə haqlı olduqlarını eşidirəm. Amma mən qəhrəman ordu görürəm. Qalib keşikçi, qorxmaz sərhədçilər, fədakar xilasedicilər, etibarlı polislər, yorulmaz tibb mələkləri, vəzifə borcunu yerinə yetirən hər kəs".

Mən minlərlə, minlərlə vətəndaş görürəm ki, əlinə silah alıb, ərazi müdafiəsinə qoşulub, döyüşür. Övladlarının, nəvələrinin gələcəyi üçün. Sevdikləri üçün. Atalarının xatirəsinə. Dövlətləri üçün. Hamı səni görür, bütün dünya! Qarşıda hələ çoxlu problemlər var. Amma indi qələbəmizə inanan tək biz deyilik”, - Reznikov qeyd edib.

Zamiq Demokrat.az

D
demokrat.az