Müsahibə

“Düşünmürəm ki, Putin bu riskin qarşılığında heç nə əldə etmədən geri çəkilsin” — MÜSAHİBƏ

“Düşünmürəm ki, Putin bu riskin qarşılığında heç nə əldə etmədən geri çəkilsin” — MÜSAHİBƏ

Hərbi jurnalist Səxavət Məmməd Demokrat.az-a son günlər Rusiya-Ukrayna arasında gedən döyüşlər barədə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Səxavət bəy, hər şeyə əvvəldən başlayaq. İlk olaraq, iki dövlət arasında proseslərin gərginləşməsinə əsas səbəb nə idi?

- Rusiya artıq bir neçə ay idi ki, Ukrayna sərhəddinə konkret olaraq 150 min civarında bir qoşun yığmışdı. Yəni, bu qoşunu heç kim adi bir məsələyə görə həmin əraziyə yığmazdı. Ona görə də, Rusiyanın konkret bir niyyəti, istəyi var idi. Siyasi baxımdan istəyirdi ki, NATO onla razılaşsın. Əgər razılaşsa idi, bu qoşun sadəcə təhdid idi. Razılaşmayacağı təqdirdə bu müharibə başlayacaq idi.

- Artıq iki gündür ki, müharibə başlayıb…

- Çox təssüf ki, artıq müharibə elan olundu və Rusiya ordusu üç istiqamətdən hücuma başladı. Bu müharibə bir günün, bir gecənin içərisində planlaşdırlan müharibə deyil. Müharibələr öncə xəritələr üzərində işlənilir. Xəritələr üzərində müharibənin taktikası, strategiyası və əməliyyatlar üzərində günlük planlamalar qoyulur və onun üzərindən hərəkət edilir. Fikir verdik ki, Rusiya öncə müharibəyə başlayanda raket, artilleriya sistemlərindən, hərbi hava qüvvələrindən və pilotsuz uçan aparatlar istifadə etməklə, Ukraynanın hərbi mövqelərini vurmağa başladı. Daha çox hərbi aerodromları, o cümlədən mülkiləri də sıradan çıxardı. Və ikinci əsas məsələ Ukraynanın əlindən olan hava hücumundan müdafiə sistemlərini aradan çıxartdı.

- Hava hücumunun sıradan çıxartmaqla, Rusiya nəyə nail olmağa çalışırdı?

- Hava hücumdan sıradan çıxartmağın əsas məqsədi o idi ki qırıcıları və helikopterlərlə rahat şəkildə hücum edə bilsinlər, yəni həm zərbələr endirə bilsinlər, həm də istədiyi yerə desantlar ata bilsinlər. Xatırlayırsınızsa, 2014-cü ilin hadisələrinə baxanda məlum olur ki, Rusiya şəhər mərkəzlərinə artirelliyadan atəş açmışdı, desantları atmışdı və inzibati binaları tutandan sonra artıq təslimiyyət baş vermişdi və artıq orada sparatçı rejimin əsasını qoymuşdular. Rusiya bu dəfə də belə düşünürdü ki, Rusiyanın Ukraynada olan adamları, yəni kəşfiyyatçıları dəstək verəcəklər. Rusiya burada da eyni taktikanı seçdi. Problemdə bundan sonra başladı. - Amma bunun əksi yaşandı…

- Bəli, çünki hiss olunur ki, ukraynalılar daha çox şəhər döyüşlərinə hazırlaşıb. Və şəhər döyüşlərində Rusiya ordusu demək olar ki, sıradan çıxarıldı. Girdikləri şəhərlərin çoxundan ciddi itki verərək, geri çəkilməyə başladılar. Rusiya əslində müharibənin birinci və ikinci günü üçün qarşısına qoyduğu məqsədə çata bilmədi, yəni əsas məsələ buradadır. Ukrayna ordusunun dirəniş əzmi var. Rusiya hesablaya bilməmişdi ki, Ukrayna ordusu nə qədər və hara kimi dirənə bilər. Rusiya bunu düzgün hesablamadığına görə, problem burada yaranmağa başladı.

- Ukrayna tərəfinin böyük səhvi harada idi?

- Ukrayna bilirdi ki, onsuz da Rusiya buna hücum edəcək. Amma, sanki bu müharibəyə tam olaraq hazırlaşmamışdı. Çünki müharibə başlayandan sonra səfərbərlik oldu, dinc əhaliyə silah paylanıldı. Bu, artıq onu göstərdi ki, bu sarıdan gecikmə var. Rusiyanın planlaşdırmadığı başqa şeydə oldu. 2014-cü ildə Rusiya hərbi qələbə qazandı, dincə əhali bunlara qarşı müqavimət göstərmədilər, heç bir addım atmadılar və Rusiya istəyinə rahat nail oldu. Bu müharibədə Ukrayna əhalisi ciddi müqavimət göstərirlər. Artıq Rusiyaya qarşı təkcə Ukrayna əsgəri deyil, həm də Ukrayna əhalisi döyüşür. Konkret olaraq, Rusiyanın ən böyük problemi burdadır. Rusiya ona görə alçaqdan təyyarələri uçuş keçiririk ki, onun vahiməsi olsun və insanlar qorxub, qaçsınlar. Kiyevi kasetli bombalarla vurmağa başlayıblar. Kasetli bombalar da hərbi obyekt üçün deyil, bu həm də əhaliyə zərbə vurur. Yəni, bu baxmdan son iki günü nəzərə götürsək, Rusiya qarşısına qoyduğu konkret planı həyata keçirə bilməyib. Bu da Rusiyanı aqressivləşdirir.

- Aqressivləşən Rusiya bundan sonra nələr edəcək?

- Düşünürəm ki, Rusiya artıq əlində olan bütün ehtiyatlardan istifadə edərək, sırf Kiyevi ələ keçirməyə çalışacaq. Artıq Xarkov və yaxud da ki, üçüncü istiqamət Rusiya üçün əhəmiyyət daşımayacaq. Kiyev deyəndə bizim insanlar şəhəri başa düşür. Kiyev şəhər deyil əslində, Kiyev bir ölkənin paytaxtıdır, paytaxtı ələ keçirib və Ukraynanı kapitulyasiyaya imza atdırmağa çalışacaq. Artıq Rusiya indiki dönəmdə çox aqressivləşəcək və burada bir şeyi də deyim ki, Kiyev uğrunda döyüşlərdə təkcə hərbiçilər yox, çox sayda mülki əhalidə tələf olacaq. Çünki artıq Rusiya əsgəri bilir ki, təkcə silah hərbiçinin əlində deyil, mülki əhalinin də əlində var. Hər evdən, balkondan, pəncərədən bir güllə gələ bilər. Hazırda faktiki olaraq iki ordunun eşalonları döyüşür. Burada bir məsələ var, Rusiya ikinci eşalonunu da artıq əraziyə göndərir. Bu, o deməkdir ki, Rusiyanın birinci eşalonunda ciddi problem var və ikinci eşalon gəlməklə, əslində bu onu göstərir ki, konkret məqsəd Kiyevdir. Əslində xəritə üzərində planlama belə deyildi. Məsafə olaraq, daha çox ərazi əldə etmək idi, ən azından Dnepr çayı boyunca məsələni həll etməyə çalışırdı. İndi görünən odur ki, artıq Ukrayna ordusu ilə bərabər əhalinin də müharibəyə qatılması Rusiyanı bir daha düşünməyə başladı. Bu iki gün ərzində baş verənləri nəzərə alaraq, bəlkə aylar sonra bu planlamanın ərazidə döyüş meydanında həyata keçməməsinə görə, Rusiya Baş Qərargahında olan bəzi generallar ehtimal ki, ya vəzifəsindən azad olunacaqlar, ya da həbs olunacaqlar.

- Müharibənin gedişatı nəyi göstərir?

- Düşünürəm ki, ən azından Ukrayna bir həftə dözə bilərsə, ya sülh, ya da atəşkəs əldə oluna bilər. Görünən bu dəqiqə odur ki, Rusiya indiki dönəmdə geri çəkilsə, konkret olaraq məğlub sayılacaq. Belə bir müharibəyə girişmək təkcə özünün yox, komandanı, dövləti riskə atmaq deməkdir. Düşünmürəm ki, Putin bu riskin qarşılığında heç nə əldə etmədən geri çəkilsin. Ehtimal ki, mitinqlər, aksiyalar olacaq, onsuz da bir yandan da sanskiyalar olunur. Yəni, yaxşı bir şey gözlənilmir. Kiyev bundan sonra daha çox atəşə məruz qalaacq. Ukrayna üzərində açıq havada çox ciddi döyüşlər gedəcək.

- Ciddi hərbi texnika və insan itkiləri var. Bu, kimin qalib, kimin məğlub olduğunu göstərirmi?

- Texnika və insan itkisi baxımdan hər iki tərəf bir-birindən əks olan informasiyalar yayırlar. Amma hazırda görünən odur ki, Rusiya tərəfinin texniki itkisi çoxdur və bu, Rusiya üçün o qədər də önəmli deyil. Çünki Rusiyada tank, digər piyada maşınları Ukrayna ordusunda olandan 10-15 dəfə bəlkə də artıqdır. Bu, Rusiya üçün böyük bir uğursuzluq deyil. Zabitlərin, şəxsi heyətin itkisi bəli, bu baxımından Rusiyanın ciddi problemləri olacaq. Buna görə də, proseslərə Qazaxıstanı cəlb etmək istəyir, çeçenləri artıq əraziyə buraxıb. Biz bilmirik başqa ölkələri də olacaq ya yox. Əslində, videolarda ölən rus əsgərlərinin üzlərinə baxanda bir çoxu ümumiyyətlə əsgərə oxşamır. Müharibədən artıq 2 gün keçib. Kim qalib gəlib, kim uğur qazanıb, hələlikŞ deyə bilmərəm. Amma ən azından hücum tempi baxımından Rusiya istəyinə çata bilməyib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az