Gündəm

Ləman Ələşrəfqızının qardaşı vəfat etdi

Ləman Ələşrəfqızının qardaşı vəfat etdi

Tanınmış jurnalist, LAF TV-nin direktoru Ləman Ələşrəfqızının qardaşı Fikrət Dadaşov 60 yaşında koronavirusdan dünyasını dəyişib.

Mərhumun vəfatı ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, ATXƏM-in sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az saytının baş redaktoru Vasif Həsənli başsağlığı veriblər:

Başsağlığında deyilir: "Mərhuma Allahdan rəhmət diləyir, onun yaxınlarının dərdinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik".

Demokrat.az

D
demokrat.az