Dünya

Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq etdi — Moskva cavabla hədələdi

Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq etdi — Moskva cavabla hədələdi

Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya yeni sanksiyalar tətbiq edir.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazir Fumio Kişida açıqlama verib. Onun sözlərinə görə, Yaponiya bəzi Rusiya vətəndaşlarına viza qadağası qoyur, bəzi fiziki şəxslərin və təşkilatların aktivlərini dondurur.

Bundan başqa, ölkə Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna bilən malların ixracına da sanksiyalar tətbiq edir. Rusiyadan Yaponiyanın yeni sanksiyalarına operativ reaksiya gəlib. Tokiodakı səfir Mixail Qaluzin deyib ki, Moskva Yaponiyanın sanksiya qərarına cavab verəcək: “Yüksək səviyyəli Yaponiya rəsmilərinə Rusiyanın bu hərəkətlərə cavab verəcəyini söylədim. Cavabın ciddi olacağına inanıram”.

Demokrat.az

D
demokrat.az