Əziz oxucular! Nəzər Media.az İnformasiya portalının oxuculara təqdim etdiyi "Cəmiyyət və Gənclik" rubrikasının budəfəki qonağ Qeyri Hökumət Təşkilatl"ları (QHT) üzrə ekspert Emil Seyidəliyevdir.
Emil Seyidəliyevlə müsahibə zamanı Azərbaycanda QHT sektorundakı vəziyyəti müzakirə edib, cəmiyyətin ondan eskpert kimi gözlədiyi sualların cavabını aldıq
-Emil müəllim ilk əvvəl qısaca dünyada QHT hərəkatı haqqında məlumat verməyinizi istərdim.
-Birləşmiş Millətlər Təşkilatının 71-ci maddəsində təsbit olunub ki, “Qeyri Hökumət Təşkilatı” hökumətin təsirindən müstəqil olmaq və kommersiya məqsədi güdməmək şərti ilə istənilən növ təşkilat formasında yaradıla bilər. Humanitar, təhsil, səhiyyə, insan hüquqları, və s. kimi sahələri əhatə edən bu təşkilatlar dünyada geniş yayılmışdır. QHT-lərin yaranması və formalaşması uzun bir tarixi inkişaf prosesi keçərək bu günümüzə gəlib çatıb. Bu gün dünyada sayı milyona çatan QHT mövcuddur. Bəzi ölkələrdə QHT-lərin qeydiyyatı vacib olmadığından, onların bir qismi qeydiyyatdan keçməyərək fəaliyyət göstərirlər. Buna misal olaraq Avstraliya göstərmək olar ki, Avstraliya Xeyriyyə Təşkilatı və Qeyri-kommersiya Komissiyasının verdiyi məlumata əsasən ölkədə 600.000-dən çox qeyri-hökumət təşkilatı olmasına baxmayaraq onların yalnız 60 mini qeydiyyatdan keçib. Onu da qeyd edim ki, burada fəaliyyət göstərən işçilər Avstraliya işçi qüvvəsinin 8%-nı təşkil edir. Dünyada ən çox qeyri-hökumət təşkilatı Hindistandadır və 3.3 milyondan çox qeyri-hökumət təşkilatı olan bu ölkədə hər 400 nəfərə təxminən bir QHT düşür. Ölkədəki ibtidai məktəblərin və sağlamlıq mərkəzlərinin sayından daha çoxdur. Azərbaycanda isə bu rəqəm 2021-ci il üçün statstik göstəricilərdə, qeyri-kommersiya qurumlarının sayı 4766 olaraq qeyd olunub və bunlardan 56-sı siyasi partiya, 3332-si QHT, 209-u fondlar, qalanları isə digər qurumlardır.
-Azərbaycanda QHT-lərin fəliyyəti üçün hüququ baza mövcuddurmu?
-Qeyri-hökumət təşkilatı onun təsis edilməsi, habelə mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər. QHT-nin təsis edilməsi nəticəsində yaradılması təsisçilərin və ya təsisçinin qərarı ilə təsis yığıncağı çağırılıb, təşkilatın nizamnaməsi qəbul olunaraq, həmçinin təsisçilərinin və ya təşkilatın nizamnamə ilə vəkil edilmiş orqanın qərarı ilə həyata keçirilə bilər. Habelə, QHT-lərin yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə formalarında həyata keçirilə bilər. QHT rəhbərlərinin ciddi sıxıntılarından biri də bu formalar haqqında dolğun məlumatlarının olmamasıdır. Bu formalar haqqında qısaca aydınlatma etmək istəyərdim. Qanunda da qeyd edildiyi kimi, QHT-nin yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı olan bütün məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur. Qoşulma isə, başqa təşkilatın müvafiq QHT-yə qoşulma formasında yenidən təklif edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır. QHT-lərin ayrılma və bölünmə formalarında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökumət təşkilatlarının təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır. QHT-lərin çevrilmə formasında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan təşkilatın ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.
-Bizdə QHT yaratmaq üçün nə etmək lazımdır? Bunun üçün hansı qaydalar mövcuddur?
-Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və təşkilat yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.
Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edə və təşkilat dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verə bilər. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur və dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz.
-QHT-lərin yaranması haqqında məlumat verdiniz. İndi mənə maraqlıdır ki, QHT-lər ləğv oluna bilərmi?
-Qanunda da qeyd edildiyi kimi Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər. QHT ləğv edildikdə həmin qurum tərəfindən əmlak məsələlərinin nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar və bu məlumatları təsdiq edən sənədlər hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Qeyri-hökumət təşkilatının fəaliyyətinə qeyri-hökumət təşkilatın yenidən təşkil edilməsi və ya qeyri-hökumət təşkilatının ləğv edilməsi yolları ilə xitam verilir.
-Biz bilirik ki, hər hansı bir təsisatı yaradan zaman onun mütləq nizamnaməsi olmalıdır. QHT-lərdə bu necə nizamlanır?
-Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.
QHT-nın nizamnaməsindəki dəyişikliklərin dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir vətəşkilatın nizamnaməsindəki dəyişikliklər onların dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
-Bildiyimə görə Azərbaycanda müxtəlif sahələri əhatə edən fondlar da fəaliyyət göstərir. Ümumiyyətlə fondla, ictimai birliyin idarəçiliyi arasında hansı fərqlər mövcuddur?Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır.
-Fondun nizamnaməsində həm də fondun "fond" sözü daxil edilmiş adı, onun olduğu yer, fondun məqsədi, onun orqanları, o cümlədən Himayəçilik Şurası və onların formalaşma qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır. Fondun nizamnaməsi fondun Himayəçilik Şurası tərəfindən bir şərtlə dəyişdirilə bilər ki, nizamnamədə onun bu qaydada dəyişdirilməsi imkanı nəzərdə tutulmuş olsun. Əgər fondun nizamnaməsinin dəyişilməz şəkildə saxlanılması fondun təsis edilməsi zamanı qabaqcadan nəzərə alınması mümkün olmayan nəticələrə gətirərsə, nizamnamədə dəyişikliklərin mümkünlüyü isə nəzərdə tutulmayıbsa, yaxud nizamnamə səlahiyyətli şəxslər tərəfindən dəyişilməyibsə, bu nizamnaməyə dəyişikliklərin edilməsi hüququ fondun Himayəçilik Şurasının ərizəsinə əsasən məhkəməyə mənsubdur.
İctimai birliyin təsis edilməsi haqqında bildiriş onun təsis edilməsi haqqında qərarın qəbul olunduğu andan 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına yazılı müraciət vasitəsi ilə həyata keçirilir. İctimai birliyin nizamnaməsinə dəyişikliklər onun ali idarəetmə orqanının qərarı ilə edilə bilər. Fondun nizamnaməsinə dəyişikliklərin edilməsi fondun Himayəçilik Şurası tərəfindən və yalnız fondun məqsədləri istiqamətində edilə bilər.
-Respublikamızda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının fəaliyyəti necə tənzimlənir?
-Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı həmin təşkilatlarla bağlanmış saziş əsasında həyata keçirilir. Sazişdə onun qüvvədə olma müddəti göstərilməlidir. Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir. Qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.
Demokrat.az


