“Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Ukraynanın dinc şəhərlərinə hücumlar davam edir. Bu, işğalçılıq müharibəsidir”.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatı Ukrayna xarici işlər naziri Dmitri Kuleba səsləndirib. XİN rəhbəri dünya ictimaiyyətini Ukraynaya hücum edən Rusiya prezidenti Vladimir Putini dayandırmağa çağırıb: “Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və bunu etməlidir. Hərəkət etmək vaxtıdır, elə indi”.
Demokrat.az


