Gündəm

Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul etdi

Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul etdi

Avropa İttifaqı “DXR” və “LXR”-in tanınmasına görə Rusiyaya qarşı yeni sanksiyaları rəsmi olaraq qəbul edib.

Demokrat.az xəbər verir ki, bu barədə İttifaqın bəyanatında bildirilib.

Sənədə əsasən, sanksiyalar müvafiq qərara səs verən Dövlət Dumasının 351 deputatına qarşı tətbiq edilib.

Bununla yanaşı, yeni qadağalar Rusiyanın 27 fiziki və hüquqi şəxsinə də şamil olunub.

Həmçinin, Aİ Rusiyanın dövlət borcuna qarşı da sanksiyalar tətbiq edərək, Rusiyanın İttifaq ölkələrinin maliyyə bazarlarına çıxışını məhdudlaşdırıb.

Demokrat.az

D
demokrat.az