Gündəm

Rusiya və Azərbaycan arasındakı müttəfiqlik Bəyannaməsi “Şuşa” bəyannaməsinin davamıdır

Rusiya və Azərbaycan arasındakı müttəfiqlik Bəyannaməsi “Şuşa” bəyannaməsinin davamıdır

Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-sində işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı 44 gün davam etdi, müharibə ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da tapdaq altındakı torpaqlarımız yağılardan təmizlədi. 30 illik Dağlıq Qarabağ probleminin həll edilməsi region üçün yeni reallıqlar yaratdı. Region dövlətlərinin iqtisadi inkişafı, qonşu dövlətlər arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsinə, davamlı sülhün bərqərar olunmasına zəmin yaratdı.

Tarixən ölkəmiz qonşu dövlətlərlə sarsılmaz sülh və dostluq əlaqələri saxlamışdır. Bu gün də Azərbaycan qonşu dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün olduqca mühüm ölkə kimi çıxış edir. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı, ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir.

Bu kontekstdə danışarkən Azərbaycan və Rusiya münasibətləri üzərində xüsusi dayanmaq lazım gəlir. İki ölkə arasında tarixi bağlılıq müstəqillik illərində sıx siyasi, iqtisadi, sosial, humanitar, mədəni əlaqələrin ardıcıl xarakteri və dərinləşməsi ilə müşayiət olunub. Bu gün də Rusiya-Azərbaycan münasibətlərinin iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanan münasibətlər inkişaf etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” nin imzalanması eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızda eləcədə regionda sülhün və təhlükəsizliyin inkişafında eləcədə Qarabağda bərpa quruculuq işlərinin daha sürtlənməsi istiqamətində həlledici bir addımdır. Həmçinin “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”si bir növ Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin davamı kimi də qiymətləndirilməlidir.

Bu bəyənnamədə həmçinin Rusiya Federasiyası və Azərbaycan Respublikası həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət göstərilməsi xüsusi ilə qeyd edilir.

Azərbaycan Rusiya ilə müttəfiqlik haqqında Bəyannamənin imzalanması regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə əsaslı töhfə verəcək.

Araz Hüseynov Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Demokrat.az

D
demokrat.az