Xarici siyasət

Misir prezidenti Azərbaycana gəlir

Misir prezidenti Azərbaycana gəlir

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisi Azərbaycana səfər edəcək.

Demokrat.az xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən səfər təxirə salınmışdı.

Səfir əlavə edib ki, Əbdülfəttah əl-Sisinin Bakıya səfərinə hazırlıq məqsədilə Misir xarici işlər naziri Sameh Şükrü Bakıya gələcək. Lakin diplomat Misir Prezidentinin Bakıya səfərinin dəqiq tarixini açıqlanmayıb.

Rza Demokrat.az

D
demokrat.az