Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.
Demokrat.az xəbər verir ki, bu barədə muğam ifaçısı özü bildirib.
O, Türkiyənin tanınmış müğənnisi Serdar Ortacın dediyi "Ms xəstəsi olmaq o deməkdir ki, bu gün yaxşı, sabah pis, növbəti gün isə yaxşı olub, insanları təəccübləndirirsən” sözlərini Instaqram səhifəsində paylaşıb. Sənətçi paylaşıma "İnşallah ms-in də çarəsi tapılar” sözlərini əlavə edib.
İzləyicilər də Ehtiram Hüseynovun paylaşımını bəyənərək ona şəfa diləyiblər.
Qeyd edək ki, dağınıq skleroz - sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur.
View this post on Instagram
Məmməd Demokrat.az


