Gündəm

“İnanmıram ki, Azərbaycanda yanğına qarşı laqeyd münasibət olsun”

“İnanmıram ki, Azərbaycanda yanğına qarşı laqeyd münasibət olsun”

Xəbər verdiyimiz kimi, ötən gün Qax rayonunun dağ-meşə ərazisində ərazində yanğın başlamışdı. Yanğın Qax rayonu Qum kəndi ərazisinə təqribən 3 kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş vermişdir. Əraziyə İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Mühafizəsinin əməkdaşları, Qum və Çinarlı kənd sakinləri, Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 50 nəfərlik şəxsi heyəti cəlb olunub. İlkin məlumatlara görə, yanğın nəticəsində qoruq ərazisində təqribən 3 hektar ərazidə quru ağaclar yanıb. Bu hadisə onu göstərir ki, Azərbaycan hər zaman yanğın hadisələrinə qarşı tədbirli olmalıdır. Lakin bu hadisədə diqqət çəkən əsas məqam yanğının kənd sakinləri tərəfindən söndürülməsidir. Sual yaranır, bu qədər texnika alınsa da, niyə ondan istifadə olunmur?

Suallımıza aydınlıq gətirən Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-a açıqlamasında bildirib ki, bugünədək Azərbaycanda yanğınların söndürülməsi ilə bağlı ciddi problem olmayıb.

“İnanmıram ki, Azərbaycanda yanğına qarşı laqeyd münasibət olsun”

Deputat təsdiqləyib ki, Azərbaycanda yanğınların söndürülməsi üçün kifayət qədər texnika var: “Hətta, deyərdim ki, bu sahədə də kifayət qədər təcrübəmiz var. Xatırlayırsınızsa, ötən il Azərbaycan çox effektiv şəkildə Türkiyədə yanğınların söndürülməsində iştirak etdi. İlisuda baş verən yanğınla bağlı onu deyə bilərəm ki, ola bilsin ki, həmin ərazidə yanğının miqyasına görə, relyefinə görə əllə söndürmə baş verib. Əslində, bu barədə tam məlumatlı deyiləm. İnanmıram ki, Azərbaycanda yanğına qarşı bu cür laqeyd münasibət olsun. Əlbəttə ki, əgər yanğın oldusa, hər kəs heç kimi, heç nəyi gözləmədən yanğının söndürülməsi üçün əlindən gələni etməlidir. Aidiyyatı qurumlar da bunu professional şəkildə həyata keçirməlidir. Yəqin ki, yerli idarələrdən nəyə görə bu gecikmələr olduğuna aydınlıq gətirəcək”.

Aynurə Demokrat.az

D
demokrat.az