ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə açıqlama yayıb.
Demokrat.az xəbər verir ki, bu barədəABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.
“Keçən il Azərbaycanda olarkən bizim birgə işimiz sayəsində əldə olunan nailiyyətlərinəzərdən keçirdim. Biz Azərbaycanın iqtisadiyyatını şaxələndirməsivə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində olan səylərini dəstəkləməyə davam edəcəyik.
Kabil hava limanının mühafizəsini təmin edən ölkələrin sırasında xidmətinə və ümumilikdə NATO-nun əməliyyatlarını dəstəklədiyinə görə Azərbaycanatəşəkkürümüzü bildiririk” - deyə ABŞ rəsmisi qeyd edib.
Arzu Demokrat.az


