“2022-ci ildə Azərbaycanda ölkəyə gələn turistlərin sayının artacağı proqnozlaşdırılır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat vurğulayıb ki, 2020-ci və 2021-ci illərdə pandemiya Azərbaycan turizm sektoruna təsirsiz ötüşməyib:
“Əgər 2019-cu ildə Azərbaycana 3,2 milyon turist gəlmişdisə, sonradan bu rəqəm illər üzrə 1 milyondan daha az oldu. 2021-ci ilin xüsusən də birinci rübündən sonra turizmdə canlanma müşahidə olunsa da, ölkəyə gələn turistlərin sayı 2020-ci illə müqayisədə cüzi olsa da azaldı. Amma, 2022-ci ildə Azərbaycanda ölkəyə gələn turistlərin sayının artacağı proqnozlaşdırılır“.

“Nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin strukturunda da dəyişiklik var idi. Pandemiyadan əvvəlki dövrdə biz yalnız Körfəz ölkələrindən deyil, eyni zamanda bir sıra Asiya ölkələrindən Azərbaycana turistlərin gəlməsini müşahidə edirdik. Bilirik ki, turizm Azərbaycanda neft sektorundan sonra ölkəyə ən çox gəlir gətirən sahədir. Bu konteksdə 2022-ci ildə turizmin inkişafı ilə bağlı aparılan işlər, eləcə də “Turizm haqqında“ qanunun qəbul edilməsi turizmin inkişafına doğru atılmış addımlardır. Hesab edirəm ki, sərt karantin haqqında tədbirlər tətbiq olunmazsa, bu halda ölkəyə daha çox turist gələcək. Bu da bütünlükdə Azərbaycanda turizm strukturunun yenidən canlanmasına səbəb olacaq“.
AynurəPənahqızı Demokrat.az


