Sosial

Rusiyanın bu aviaşirkəti Azərbaycana uçuşlara başlayacaq

Rusiyanın bu aviaşirkəti Azərbaycana uçuşlara başlayacaq

Rusiyanın "Smartavia" şirkəti martın 5-dən etibarən Sankt-Peterburqdan Bakıya reyslər həyata keçirəcək.

Demokrat.az bu barədə şirkətə istinadən məlumat verir.

Uçuşlar həftədə bir dəfə, şənbə günləri həyata keçiriləcək.

Qeyd olunur ki, uçuşlar Sankt-Peterburqdan yerli vaxtla saat 16:30-da yola düşəcək, Bakıya 21:15-də çatacaq. Bakıdan isə təyyarə 22:15-də yola düşəcək, 01:15-də Sankt-Peterburqa çatacaq.

Demokrat.az

D
demokrat.az