“22 il bundan əvəl, 2000-ci ili Parlament seçkilərində namizədliyim mojaritar qaydada YAP tərəfindən irəli sürülmüşdü. Seçki qanunvericiliyinə uyğun olaraq bütün prosedur məsələlər həyata keçirildi, seçki qərargahımız formalaşdı. Təbliğat işlərmiz aparılır, seçkilərdə partiyamızın etimadını doğrultmaq üçün maksimum səy göstərirdik. Lakin həmin ərəfədə Ramiz Mehdiyev mənə siyasi əqidəmlə bağlı heç bir əsası olmayan böhtan ataraq, namizədliyimin geri götürülməsi üçün dolayısı ilə bütün vasitələri işə saldı. Və nəhayət namizədliyimi geri götürüməyə məcbur olundum”.
Demokrat.az xəbər verir ki, bunu deputat Aydın Hüseynov bildirib.
A.Hüseynov qeyd edib ki, Ramiz Mehdiyev bununla da kifayətlənməyib: “Maliyyə Nazirliyi sistemində orta ranqlı bir vəzifədə çalışırdım. O, maliyyə nazirindən mənim işdən də azad olunmağımı tələb edirdi. Bayaq qeyd etdiyim kimi, söhbət 2000-ci illərin əvvəllərindən gedir. Onu da xüsuilə qeyd edim ki, biz o səbəbdəh ayaq üstə qala bildik ki, Prezident İlham Əliyev necə indi dövlətimizi və Azərbaycan xalqını xəbis düşmənlərdən qoruyur, Aazərbaycanın haqq səsini bütün dünyaya çatdırır, fəaliyyətində ədalət prinsipinə söykənir, o dönəmdə də Yeni Azərbaycan Partiyasının Sədr müavini, eyni zamanda Qaradağdan seçilmiş millət vəkili olaraq dövlət və dövlətçiliyə sədaqətli insanları qoruyurdu, Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq olan gənclərin sıradan çıxarılmasının qarşısını alırdı. O dövrdə Ramiz Mehdiyevin məkrindən xilas olan insanlardan aparıcı və məsul vəzifələrlə yanaşı, bu gün parlamentdə təmsil olunanlar da var və ləyaqətlə xidmət edirlər. Açığını deyim ki, o zaman Prezident Aparatının rəhbərinin bu cür cılız hərəklətləri mənə qəribə gəlirdi. Çünki mən, ictimaiyyətdə o qədər də tanınmırdım, ona mane olacaq hər hansı imkan və gücə malik deyildim. Həmçinin Maliyyə Nazirliyində böyük vəzifəm də yox idi. Bu səbəbdən də dövlətdə yüksək vəzifə tutan bir kəsin nəyə görə bu cür qərəzli, böhtan dolu hərəkətlərə yol verdiyini anlaya bilmirdim. Əlbəttə, zaman-zaman bunların səbəbi hamı kimi mənə də aydın oldu. Bütün varlığı ilə Ümummilli Liderin apardığı siyasəti dəstəkləyən, əqidəli gənclərin qarşısını kəsməklə Ramiz Mehdiyev bu siyasətə xidmət edən potensialın sıradan çıxarılması üçün strateji xətt götürübmüş. Ramiz Mehdiyevin mənə qarşı qeyd etdiyim hərəkətləri ilə bağlı heç vaxt fikir bildirməmişəm, buna lüzum da görmürdüm. Çünki Mehdiyevin şəxs olaraq mənə yönələn bu neqativ fəaliyyətinin mənim ücun mənəvi ağrili olsa da dövlətçiliyə, cəmiyyətə elə bir önəmli zərər verə biləcəyi əlbəttə agila batan deyil. Amma bu gün Ramiz Mehdiyevin Parlamenti nüfuzdan salmağa hesablanan fikirləri onun məkrli düşüncəsinin göstəricididir. Ona görə ki, Parlament dövlətin əsas sütunlarından biridir və Ramiz Mehdiyev Parlamenti nüfuzdan salan fikir söyləməklə, əslində Azərbaycan dövlətinin imicinə xələl gətirmiş olduğu hec bir şübhə yaratmır. Deməli, bu insan ömrünün ahıl dövrünü yaşasa da intriqaçı xislətini dəyişməyib. Bu gün demokratik seçki əsasında formalaşan Parlament Azərbaycan xalqının iradəsini özündə əks etdirir. Parlamentdə çoxsaylı partiyalar təmsil olunurlar. Reallıq və həqiqət ondan ibarətdir ki, Prezident İlham Əliyevin tövsiyələrini əsas götürərək Milli Məclis rəhbərliyinin məsiliyyətli və səmərəli fəaliyyəti nəticəsində istər qanunvericilik, istərsə də parlament diplomatiyası sahəsində ciddi uğurlara imza atan və dövlətin inkişafına önəmli töhfələr verən hazırki parlament Ramiz Mehdiyevin təfəkkür tərzinə cavab vermir. Buna görə də Parlamenti hədəf almaqla dövlətçiliyə xələl gətirmiş olur. Amma istənilən halda bu cür əməllər həmişə fiasko ilə nəticələnib. Çünki Prezident İlham Əliyev ətrafinda birləsən monolit Azərbaycan xalqı var, möhkəm təməllər üzərində qurulan dövlət var, Azərbaycan seçicisinin tribunası olan, demokratik prinsiplərə söykənən Azərbaycan Parlamenti var”.
Demokrat.az


