Sosial

Bu şəhərdə su olmayacaq

Bu şəhərdə su olmayacaq

Sumqayıt şəhərinin bir hissəsində içməli suyun verilişi dayandırılacaq.

Bu barədə “Azərsu”ASC-dən məlumat verilib.

Bildirilib ki, magistral su kəməri üzərində yeni siyirtmənin quraşdırılması ilə əlaqədar sabah Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Demokrat.az

D
demokrat.az