Hadisə

Gürcüstan-Ermənistan sərhədində yenidən zəlzələ oldu

Gürcüstan-Ermənistan sərhədində yenidən zəlzələ oldu

Gürcüstan-Ermənistan sərhədində 3,9 bal gücündə daha bir zəlzələ baş verib.

Bu barədə Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 18:13-də qeydə alınmış zəlzələnin episentri Dmanisi yaxınlığındakı Sameba kəndidir.

Qeyd edək ki, Gürcüstanda ötən gün 6,2 bal gücündəki zəlzələnin episentrinin də Sameba kəndində qeydə alındığı açıqlanıb.

Demokrat.az

D
demokrat.az