Kriminal

Məktəbdə 4 uşaq anası öldürüldü

Məktəbdə 4 uşaq anası öldürüldü

İsmayıllı rayon, Basqal kənd tam orta məktəbində qətl hadisəsi olub.

Demokrat.az xəbər verir ki, bu gün baş verən hadisə zamanı məktəbin gözətçisi, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayaraq öldürüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçıb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən B.Əhmədlinin axtarışları davam etdirilir.

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.(qafqazinfo.az)

D
demokrat.az