"Sirr deyil ki, dövlət adından media mənsublarına mənzillərin paylanması bəzən fərqli müstəvilərdə yozulurdu. Əlbəttə, dövlətin qayğısını fərqli yozumda təqdim edilməsi qəbulolunmazdır, deyilənlərin əksər qismini ciddi hesab etmirəm, bunu daha çox kənarda qalanların narazılığı kimi qiymətləndirirəm. Yəni, açıq desək, bu günə qədər jurnalistə mənzil verməklə onun azadlığının əlindən alınması kimi iddialarla çıxış edənlərin hansına mənzil təqdim olunsa, o özü "prinsiplərini" kənara qoyub bu hədiyyəni məmnuniyyətlə qəbul edərdi".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputatın sözlərinə görə, bu günə qədər media sahəsində ciddi boşluqlar hökm sürürüb və bu boşluqlar həm medianın özünün inkişafını, həm də media mənsublarının özlərininin tam realizəsinə imkan verməyib: "Məhz bu tendensiyaya son qoyulması üçün ötən ilin dekabrın 30-da "Media haqqında" Qanun qəbul olundu. Fevralın 8-də isə Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə", habelə, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə fərmanlar imzaladı. Bu fərmanlarla hər şeydən öncə "Media haqqında" Qanunun bütün subyektlərinin onlara məxsus hüquq və vəzifələrin realizəsi, habelə, media sahəsində proseslərə nəzarəti təmin etmək üçün səlahiyyətli orqanların, şəxslərin inzibati qaydada fəaliyyəti təşkil olundu. Əlbəttə, qanunun qəbulundan sonra həmin qanunun tətbiqi barədə müvafiq hüquqi aktın qəbul edilməsi gözlənilən prosedurdur, lakin mövcud vəziyyəti nəzərə alsaq, belə çevik yanaşmaya həqiqətən də ehtiyac var idi. Digər tərəfdən, qanunun qəbulu ilə paralel olaraq əlavə hüquqi prosedurlara start verilməsi, məsələn, mövcud Qaydalara edilən dəyişikliklə Media Reyestrinə daxil olan və azı 5 il jurnalist işləyənlər güzəştli ipoteka imkanlarından yararlanmaq imkanının yaradılması çox vacib hadisə kimi qiymətləndirilməlidir. Qanunun qəbulu ilə paralel olaraq əlavə hüquqi prosedurlara start verilməsi, məsələn, mövcud Qaydalara edilən dəyişikliklə Media Reyestrinə daxil olan və azı 5 il jurnalist işləyənlər güzəştli ipoteka imkanlarından yararlanmaq imkanının yaradılması çox vacib hadisə kimi qiymətləndirilməlidir. Bununla biz nəyə nail olacağıq?! İlk olaraq, bütövlükdə media subyektləri faktiki təminatı olmayan, nizamsız sferadan köklü təşkilatlara çevriləcək. Son illərə qədər bəzi istisnalarla iş yerindən arayış əsasında mağazadan kreditlə kompüter belə ala bilməyən media mənsublarımız məhz jurnalist olduqlarına görə seçilərək güzəştli ipoteka imkanı əldə edəcək ki, bu da, sözsüz ki, cəmiyyətdə jurnalist nüfuzuna köklü təsir edəcək. Digər tərəfdən, sirr deyil ki, dövlət adından media mənsublarına mənzillərin paylanması bəzən fərqli müstəvilərdə yozulurdu. Əlbəttə, dövlətin qayğısını fərqli yozumda təqdim edilməsi qəbulolunmazdır, mən deyilənlərin əksər qismini ciddi hesab etmirəm, bunu daha çox kənarda qalanların narazılığı kimi qiymətləndirirəm. Yəni, açıq desək, bu günə qədər jurnalistə mənzil verməklə onun azadlığının əlindən alınması kimi iddialarla çıxış edənlərin hansına mənzil təqdim olunsa, o özü "prinsiplərini" kənara qoyub bu hədiyyəni məmnuniyyətlə qəbul edərdi. Amma təəssüf ki, bəzi hallarda mənimsəmə və proteksiya halları, ehtiyacı olanların yox, tanışı, dostu, qohumu, yaxud, digər yolla adamı olanların dövlətin adından mənzillə təmin olunması, bu istiqamətdə iddiaların bəzilərinin məhkəmə qaydasında sübuta yetirilməsi, bu söz söhbətlərin bir qisminə haqq qazandırırdı. Güzəştli ipoteka imkanı isə ümumiyyətlə, ən sağlam yoldur və hesab edirəm ki, bu fərmanla yaradılan imkan Azərbaycan mediasına dövlətin ən böyük qayğılarından biri kimi qiymətləndirilməlidir".
Demokrat.az


