Gündəm

"Güzəştli ipoteka verilməsi müsbət addımdır"— Tanınmış jurnalistlərin RƏYLƏRİ

Güzəştli ipoteka verilməsi müsbət addımdır— Tanınmış jurnalistlərin RƏYLƏRİ

Xəbər verdiyimiz kimi, Azərbaycanda media nümayəndələri güzəştli ipoteka əldə edə biləcəklər. Bu barədə ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni Fərman imzalayıb. Jurnalistlərə veriləcək yeni imkanlarla bağlı Demokrat.az media nümayəndələrinin fikirlərini öyrənib.

Jurnalistlərin açıqlamalarını təqdim edirik:

MediaNews.az saytının baş redaktoru Xəyalə Rəis bildirib ki, Cənab Prezidentin dünənki Fərmanı ilə hüquqi baxımdan jurnalistlər üçün çox yaxşı şans tanındı:

Güzəştli ipoteka verilməsi müsbət addımdır— Tanınmış jurnalistlərin RƏYLƏRİ

“Belə ki, yaxın aylarda yaradılacaq Media Reyestrinə daxil edilən jurnalistlər güzəştli ipoteka şərtləri ilə özlərinə mənzil ala biləcəklər. Düşünürəm ki, bu, Medianın İnkişafı Agentliyinin bir illik çabalarının nəticəsidir. Bilirsiniz ki, Agentliyin ərsəyə gətirdiyi "Media haqqında" qanunda jurnalistlərin güzəştli kredit ala bilməsi ilə bağlı ayrıca müddəa var. Bütün bunlar sevindiricidir. Düşünürəm ki, agentlik üzərinə düşəni etdi. Hər şeydən öncə əməkhaqqı məsələsi həll olunmalıdır.

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi açıqlamasında vurğulayıb ki, bu, gənc ailələr üçün yaxşlı imkandır:

Güzəştli ipoteka verilməsi müsbət addımdır— Tanınmış jurnalistlərin RƏYLƏRİ

“Bilirsiniz ki, hər zaman jurnalistlərə mənzil verilməsi çox həssas və mübahisəli, hətta münaqişəli məsələ olub. Bununla bağlı həm ictimai müzakirələr, həm kəskin mübahisələr, qarşılıqlı ittihamlar var. Hətta cinayət təqibinə qədər gedib çıxıb. Çünki dövlət büdcəsinə və cəmiyyət ədalətinə kölgə düşüb. Bu situasiyadan çıxış yolu tapmaq lazım idi, eyni zamanda jurnalistlərin mənzil sahibi olmaq hüququ və ehtiyacı da var. Bu məsələnin ədalətli hüquqi və əməli həlli "Media haqqında" qanunla reallaşdı. Zamanında bu məsələ ilə bağlı təkliflər öyrənilib, təhlil edilib və qərar verilib. Bu, mənzilə ehtiyacı olan gənc jurnalist ailələri üçün yaxşı imkandır. Bu baxımdan jurnalistlərə güzəştli ipoteka verilməsi müsbət addımdır. O başqa məsələdir ki, bu güzəştli kreditləşməyə dövlət və media nəzarəti lazımi səviyyədə qurulmalıdır. Həqiqətən ehtiyacı olan jurnalistlər bu imkandan yararlansın”.

Tanınmış jurnalist Asif Nərimanlı açıqlamasında qeyd edib ki, media cameəsində həmişə mənzil problemi olub:

Güzəştli ipoteka verilməsi müsbət addımdır— Tanınmış jurnalistlərin RƏYLƏRİ

“Dövlət indiyə qədər bu problemin həlli üçün addımlar atıb, lakin bundan öncə jurnalistlərə hədiyyə edilən iki binanın təcrübəsi göstərdi ki, problemi təkcə bu yolla həll etmək mümkün deyil. Dövlətin jurnalistə mənzil verməsi həm hər kəsi əhatə etmək baxımından mümkün deyil, həm də həmişə kənarda qalanlar olur və bu,narazılıq yaradır. Güzəştli ipotekanın verilməsi böyük üstünlükdür. Həm əvvəlki təcrübədə olan narazılıq olmayacaq, həm də qoyulan şərtlərə uyğun olan hər kəs mənzil problemini güzəştəli yolla həll etmək imkanı qazanacaq”.

"Report" İnformasiya Agentliyinin müxbiri Kənan Novruzov isə bildirib ki, ölkə rəhbərliyi uzun illərdir ki, jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması üçün müxətlif addımlar atır:

Güzəştli ipoteka verilməsi müsbət addımdır— Tanınmış jurnalistlərin RƏYLƏRİ

“Buna kifayət qədər nümunə göstərmək olar ki, onlardan biri media nümayəndələrinə mənzillərin verilməsidir. Düşünürəm ki, güzəştli ipoteka ilə bağlı imzalanan sərəncam da jurnalistlərə pulsuz mənzillərin verilməsinə bərabər addım kimi qiymətləndirilməlidir. Etiraf etmək lazımdır ki, media nümayəndələrinin əksəriyyətinin sosial rifahı o qədər də yaxşı deyil. Lakin dövlət cəmiyyətin görən gözü, eşidən qulağı, danışan dili olan "IV hakimiyyət" nümayəndələrinin fədakar fəaliyyətini nəzərə alır, bizim əməyimizə qayğı ilə yanaşır. Ümumillilider Heydər Əliyev jurnalistlərin dostu idi. Media işçiləri daima Ulu öndərin diqqətini hiss edirdilər. Prezident İlham Əliyev də bu gün hər sahədə olduğu kimi, mediaya qayğı məsələsində də atasının yolunu layiqincə davam etdirir. Jurnalistikanın "cəmiyyətin güzgüsü" olduğunu nəzərə alsaq, deməli, güzəştli ipotekalar təkcə media nümayəndələrinə deyil, həm də cəmiyyətə göstərilən qayğı kimi dəyərləndirilməlidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az