Gündəm

Rauf Arifoğlu: “Cavanşir Feyziyevin deputat mandatından məhrum edilməsi ilə bağlı artıq birinci addım atıldı”

Rauf Arifoğlu: “Cavanşir Feyziyevin deputat mandatından məhrum edilməsi ilə bağlı artıq birinci addım atıldı”

“Feyziyevin işi”ndə dövlətin tutduğu mövqeyi dəstəkləyirəm və təşəkkür edirəm.

Bunu Demokrat.az-a açıqlamasında Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğlu deyib. O qeyd edib ki, bu həm də Azərbaycan prezidentinin Azərbaycan jurnalistlərinə verdiyi dəyərdir:

“Narahat idik ki, biz bu məsələdə tam tərsinə tək qalarıq və dövlət oliqarx Ferziyevi müdafiə edər. Təbii ki, bu da bizim üçün ağır bir təəssürat olardı. Çox şükürlər olsun ki, birmənalı şəkildə və rəsmi qaydada bizim özümüzə söylədilər ki, artıq Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü deyil. Bu haqda artıq həm Media Agentliyinin, həm də Mətbuat Şurasının sədrinin bəyanatı var. Biz Cavanşir Feyziyevin cəzalandırılmasını və üzr istəməsini, eyni zamanda da Mətbuat Şurası İdarə Heyətindən çıxarılmasını tələb edirdik. Yəni, cəmi 3 tələbəmiz var idi və onlardan biri həyata keçdi. Bu baxımdan da, bunu təqdir edirik və bunu müsbət qiymətləndiririk”.

R.Arifoğlu diqqətə çatdırıb ki, bu gün Ferziyev tərəfindən təhqir olunan jurnalistlər toplanaraq, parlamentin spikerinə müraciət ünvanlayıblar və onu imzalayıblar: “Artıq demək olar ki, onun deputat mandatından məhrum edilməsi ilə bağlı birinci addım atıldı. Biz hüquqi əsaslarımızla Azərbaycan Respublikasının Konstitusiyasının 89-cu maddəsinə əsasən müraciət etmişik. Ümid edirik ki, Parlamentin rəhbərliyi bunu nəzərə alacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az