Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında Ukrayna xalqını və hökumətini iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.
Demokrat.az xəbər verir ki, təbrik paylaşımında deyilir:
"Bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!".


