Dünya

Rusiyanın Ukraynaya hücumu zamanı mümkün qurbanların sayı açıqlandı

Rusiyanın Ukraynaya hücumu zamanı mümkün qurbanların sayı açıqlandı

ABŞ rəsmiləri hesab edirlər ki, Rusiya Ukraynaya hərbi hücum etmək üçün lazım olan qüvvələrin təxminən 70%-ni hazırlayıb.

Demokrat.az xəbər verir ki, belə bir iddia “Reuters” tərəfindən dərc olunan məqalədə yer alıb.

Qeyd olunub ki, Rusiya bir neçə günə Ukraynanın paytaxtı Kiyevi işğal edə bilər:

“Ukrayna 5 000-dən 25 000-ə qədər, Rusiya isə 3 000 - 10 000 arası hərbçisini baş verə biləcək müharibə zamanı itirə bilər. 25 000 - 50 000 arası mülki şəxs müharibənin qurbanı olacaq. Əgər genişmiqyaslı hərbi əməliyyatlar başlasa, milyonlarla Ukrayna vətəndaşı qaçqın həyatı yaşayacaq”./“Report”

D
demokrat.az