Sosial

Tərtərdə təsərrüfat sahibləri satdıqları məhsulun pulunu ala bilmirlər — VİDEO

Tərtərdə təsərrüfat sahibləri satdıqları məhsulun pulunu ala bilmirlər — VİDEO

Tərtərin İrəvanlı kənd sakinləri 5 aydır ki, satdıqları məhsulun pulunu ala bilmirlər.

"Demokrat.az" Xezerxeber.az-a istinadən xəbər verir ki, kənd sakinləri xurma təsərrüfatı ilə məşğuldurlar. Beş ay bundan əvvəl kənd sakini Füzuli Məmmədov adlı şəxs məhsullarını almaq üçün onlara müraciət edib.Elə bütün hadisə də bundan sonra baş verib.

Təsərrüfat sahibləri bildirirlər ki, dəfələrlə Füzuli adlı şəxslə əlaqə saxlayıb danışıq aparıblar, amma hələ də pulllarını ala bilmirlər.

Məsələdə adı hallanan Füzuli Məmmədov isə deyib ki, təsərrüfat sahiblərindən aldığı məhsulu başqa adamlara satıb. Hazırda həmin şəxslərdən pulunu ala bilmədiyinə görə sakinlərin məhsulunun haqqını qaytara bilmir.

Bu məsələdə adı hallanan şəxslərdən biri olan Vüsalla əlaqə saxladıq.Bizimlə telefon danışığında bildirdi ki, Rusiya və Ukrayna bazarında durğunluq yaşandığı üçün bu il sahibkar olaraq xeyli ziyana düşüblər. Bu səbəbdən də pulu verməkdə çətinlik çəkiblər. Vətəndaşlara borclu olduqları 40 min manatdan çox vəsaitin böyük bir hissəsini ödəyiblər.

Qalan borc isə 32 min yox, 18 min manatdır. Bu pul da hissə-hissə ödəniləcək.

Demokrat.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

D
demokrat.az