Dünya

Angela Merkel istefa verəcək

Angela Merkel istefa verəcək

Almaniyanın sabiq xarici işlər naziri Ziqmar Qabriel kanslerAngela Merkelin erkən istefa verə biləcəyini bəyan edib.

ONA-nın "Augsburger Allgemeine” qəzetinə istinadən verdiyi məlumata görə, Z. Qabriel A. Merkelin siyasətindən narazılığın artması səbəbindən belə bir addım ata biləcəyini söyləyib.

Sabiq xarici işlər naziri deyib ki, A. Merkeli daha parlaq lider keyfiyyətlərinə malik siyasətçi əvəzləyə billər.

Qeyd edək ki, A. Merkeli Xristian-Demokrat İttifaqının rəhbəri Anneqret Kramp-Karrenbauer əvəzləyəcəyi gözlənilir.

D
demokrat.az