Gündəm

Nazirdən Respublika Olimpiya İdman Liseyinə yeni TƏYİNAT

Nazirdən Respublika Olimpiya İdman Liseyinə yeni TƏYİNAT

Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinin direktoru dəyişib.

Demokrat.az xəbər verir ki, Rasim Muradov vəzifəsindən çıxarılıb.

Onun əvəzinə gənclər və idman naziri Fərid Qayıbov tərəfindən bu vəzifəyə Müşviq Məmmədov təyin olunub. O, 3 ay müddətinə sınaq kimi direktor vəzifəsini icra edəcək.

Qeyd edək ki, Respublika Olimpiya İdman Liseyi 1963-cü ildə yaradılıb. 1989-cu ilədək keçmiş Maarif Nazirliyinin (indiki Təhsil Nazirliyi) balansında olan təhsil ocağı əvvəl internat tipli olub. Əvvəlki adı Respublika Olimpiya Ehtiyat Məktəbi olan qurum Nazirlər Kabinetinin qərarına əsasən 2000-ci ildən Respublika Olimpiya İdman Liseyi adlandırılmağa başlanıb.

Güləşçilər – Kamandar Məcidov, Xəzər İsayev, Cəbrayıl Həsənov, Vüqar Orucov, Həsən Əliyev qılıncoynadan Boris Koretski, cüdoçular – Nazim Hüseynov, Elnur Məmmədli, idman gimnastı Valeri Belenki, MMA idmançısı Heydər Məmmədəliyev və başqaları bu məktəbin yetirməsi olub.(oxu.az)

D
demokrat.az