Gündəm

“Şuşa bəyannaməsi ilə əlaqələr növbəti inkişafa qədəm qoyur”— Deputat

“Şuşa bəyannaməsi ilə əlaqələr növbəti inkişafa qədəm qoyur”— Deputat

“Şuşa bəyannaməsi Azərbaycanın tarixində xüsusi yeri və əhəmiyyəti olan bəyannamələrdən biridir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat Azərbaycanla Türkiyə arasında əməkdaşlıq əlaqələrinin hər zaman yüksək olduğunu diqqətə çatdırıb:

“Şuşa bəyannaməsi ilə əlaqələr növbəti bir inkişafa qədəm qoyur. Bu gün biz bir xalq olaraq xoşbəxtik ki, bu tarixi anın şahidiyik. Bu, hər iki ölkənin əlaqələrinin güclənməsinə, hər iki ölkənin strateji mütəffiqliyinin möhkəmlənməsinə öz ciddi töhfəsini verəcək. Bilirsiniz ki, bu bəyannamədə çox mühüm məqamlar, məsələlər var. İki dost və qardaş ölkənin əlaqələrini möhkəmləndirəcək çox mühüm məsələlər əksini tapıb”.

C.Məmmədov hesab edir ki, iki dost və qardaş ölkə arasında mütəffiqlik iki ölkə xalqları arasında birliyi, həmrəyliyi qarşılıqlı münasibətlərin, əlaqələrin daha da inkişaf etdirilməsini təmin edəcək:

“Bu, ümumillikdə hər iki xalqın birliyini, bərabərliyini təmin edəcək. Burada xüsusilə də, Türkiyə Prezidenti ilə Azərbaycan Prezidentinin rolunu, addımlarını qeyd etməliyik. Onların atdıqları, həyata keçirdikləri addımlar nəticəsində iki ölkə və qardaş ölkələr arasında əlaqələr daha da inkişaf edir, sürətlənir. Hesab edirəm ki, iki xalq birlikdə inamla gələcəyə doğru sürətlə addımlayır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az