Gündəm

“Müharibə haqqında ən yaxşı filmlər müharibədən bir neçə il sonra çəkilməlidir”

“Müharibə haqqında ən yaxşı filmlər müharibədən bir neçə il sonra çəkilməlidir”

“Müharibə haqqında ən yaxşı filmlər müharibədən bir neçə il sonra çəkilməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında “Cinema Radio” Kino Radio Kanalının rəhbəri Kamran Qasımov deyib. O qeyd edib ki, Mədəniyyət Nazirliyi bu işdə çox mühüm addımlar atıb:

“Qeyd edim ki, müharibə haqqında təzə filmlər çəkilib, hətta bu yaxınlarda bəzi filmlərin premyerası olacaq. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi çox düzgün siyasətlə başladı. Birincisi, qısa metrajlı filmlərlə başladı ki, biz artıq onların yavaş-yavaş öz bəhrələrini görürük. Hər halda düşünürəm ki, pessimist düşünməyə ehtiyac yoxdur. Bu sahədə dövlət siyasəti yüksək səviyyədədir və dövlətimiz bu işin arxasındadır. Təbii ki, yaxın müddətdə bu işin bəhrələrini görəcəksiniz. Əsas odur ki, biz qalib xalqıq və qalib xalqın filmini çəkmək tez-bazarla başa gəlmir. Ona zaman lazımdır və inşallah ki, çox yaxşı olacaq. Qeyd edim ki, Mədəniyyət Nazirliyinin bir çox layihələri var və istehsalatdadır. Məsləhət görürəm ki, “Cinema Radio”ya hər kəs qulaq assın. Çünki biz daim orada ətraflı məlumat veririk”.

K.Qasımov qeyd edib ki, ermənilər vətənpərvərlik mövzusunda süni ideologiyanın əsiridirlər:

“Onsuz da ermənilərin yalanları neçə illərdir ki, dünyada dolaşır. Bir faktı qeyd edim ki, ən güclü filmlər, məsələn, “Летят журавли” filmi sovet filmi idi və o, müharibədən düz 12 il sonra çəkilmişdir. Təbii ki, müharibə bitəndən sonra onun nəticələri araşdırılmağa başlayır, yəni, tələsmək iş lazım deyil. Ermənilər sadəcə tələsib, çünki bu, onların sonuncu şansıdır. Şuşa artıq işğalda deyil, o biri torpaqlarımız işğaldan azad olunub. Ona görə də, onlar filmə üstünlük verirlər. Ancaq bizim deyiləsi çox sözümüz var, sadəcə zaman lazımdır ki, biz sistemləşdirək. Biz müharibə, vətənpərvərlik mövzusunda tez-bazar film çəkə bilərik, amma peşəkarlıq baxımından uduza bilərik. Biz ikisini də gərək eyni səviyyədə görək. Ümumiyyətlə, ermənilər vətənpərvərlik mövzusunda süni ideologiyanın əsiridirlər. Onlar musiqi də, şeir də yazacaqlar, film də çəkəcəklər. Buna məcburdurlar. Azərbaycanda isə vəziyyət başqadır. Azərbaycan düzgün siyasət yürüdüb. Xatırlayırsınızsa, keçən il “Böyük Qayıdış” layihəsi buraxıldı, yəni qısa metrajlı filmlər. Vaqif Mustafayev Qarabağ haqqında çox gözəl film çəkib. Yəni, ancaq mətbuat olaraq, deyə bilərik. Heç kim o filmi görməyib. Yaxud "Narimanfilm" kinostudiyasının Qarabağ haqqında “Doğma torpaq” filmi çıxacaq, bundan başqa, “Böyük Qayıdış” layihəsi çərçivəsində Leyla Qənbərli qısa metrajlı film çəkib. Bu filmlər var, sadəcə zaman lazımdır. Biz 2020-ci ilin noyabr ayında qələbə qazanmışıq. Kino elə-belə olmur. Görürsünüz, xaricdə necədir? Deyir ki, istehsalat 2023-cü ildə başlayacaq. Demək, bunlar bu ilədək hazırlaşmalıdırlar. Biz nəzərə alaq ki, kino ölkəsi deyilik, heç Ermənistan da kino ölkəsi deyil. Anlayışları da yoxdur. Ancaq inandırıram ki, bizim çəkdiyimiz filmlər qat-qat güclü olacaq. Çünki bizim filmlərin arxasında həqiqət dayanır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az