Fevralın 2-də Füzuli rayon Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər günü ilə əlaqədar olaraq “Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir” adlı tədbir keçirildi.
Demokrat.az xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin büstünün qarşısına Füzuli rayon İcra Başçısı Alı Alıyev, rayon ictimaəti və şəhid ailələrinin tər-gül dəstələri qoyulması ilə başladı. Tədbirdə Füzuli rayonun İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Kürdəmir Regional Mədəniyyət idarəsinin müdiri, Yeni Azərbaycan Partiyyasının Füzuli rayon üzrə nümayəndəsi, Füzuli rayon Təhsil Şöbəsinin müdiri , şəhid ailələri, N saylı hərbi hissənin nümayəndələri, rayon ictimaəti və müxtəlif sahələrdə çalışan gənclər iştirak etdilər.
Tədbirdə ilk olaraq Füzuli rayonu İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək gənclərimizin örnək nümunəsi olan şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışdı. Tədbirin gedişində Tədbir iştirakçıları və şəhid ailələri çıxış etdilər. FRİHB-sı tərəfindən bir qrup gənc Fəxri Fərmanlarla təltif edildi. Tədbirin davamında həvəskar rəssam Məmmədli Türkanın xalqımızın yaddaşında əbədi yaşar gənclərimiz olan Vətən müharibəsi şəhidlərinin çəkdiyi portretlərindən ibarət sərgisi təşkil olunmuşdur. Sərgidəki şəhidlərimizin portretləri həvəskar rəssam Türkan Məmmədli tərəfindən şəhid ailələrinə təqdim olundu. Məktəblilərin şeir kompazisiyaları çıxış etdilər.
Ulu öndər Heydər Əliyevin və onun davamçısı cənab Prezident İlham Əliyevin “Gənclərimiz gələcəyimizdir” adlı videoroliki tədbir iştirakçılarına təqdim olundu. Tədbirin sonunda şəhid ailələri ilə xatirə şəkilləri çəkdirildi. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.





Demokrat.az


