David Arakelyan Ermənistanın Prezident Administrasiyasının yeni rəhbəri olub.
Bununla bağlı müvafiq sərəncam müvəqqəti president – parlamentin spikeri Alen Simonyan imzalayıb.Prezident Administrasiyasının keçmiş rəhbəri Emil Tarasyan yanvarın 23-də Armen Sarkisyanın ardınca istefa verib. Fevralın 1-də prezident Armen Sarkisyanın səlahiyyətlərinə yanvarın 23-də istefasından sonra rəsmən xitam verilib. Vətəndaş Müqaviləsi partiyası yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanı prezidentliyə yeni namizəd kimi irəli sürüb.


