Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanverilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində rayon sakinlərindən ümumilikdə 3 ədəd “İJ” və “TOZ” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.


