“MDB məkanında erməni faşizmi terminini ilk dəfə Prezident İlham Əliyev gündəmə gətirib. Bildiyimiz kimi, ermənilər azərbaycanlılara qarşı öz faşizmi siyasətindən həmişə istifadə edib. Qeyd edim ki, 90-cı illərin əvvəllərində Serjik Sarkisyan və Robert Köçəryanın rəhbərliyi altında erməni faşist dəstələri azərbaycanlıları qəddarcasına qətlə yetirib. Xocalı və digər yaşayış məntəqələrimizi işğal edən zaman törətdikləri soyqırımlar xalqımızın yaddaşından heç vaxt silinməyəcək”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat ermənilərin İkinci Qarabağ müharibəsi zamanı Gəncəni və digər dinc yaşayış məntəqələrimizi qadağan olunmuş raketlərdən atəşə tutduğunu vurğulayıb:
“Ermənilər tərəfindən mülki əhalimizin qətlə yetirilməsini heç vaxt unutmayacağıq. Bütün bunlarla yanaşı ermənilər İrəvanda Nijdeyə 6 metrlik heykəl qoymaqla, faşizmi təbliğini genişləndiriblər və ümumi şəkildə faşizmi qəhrəmanlaşdırıblar. Cənab Prezident ermənilərin faşizmin qəhrəmanlaşdırdığını beynəlxalq tribunalarda dəfələrlə gündəmə gətirib. Amma çox təəssüf ki, beynəlxalq ictimaiyyətin buna qarşı heç bir hərəkəti olmayıb”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın Müzəffər Ordusu 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın edib:
“Cənab Prezidentin qeyd etdiyi kimi, erməni faşizminin yenidən baş qaldırdığını görsək başını əzəcəyik, biz erməni faşizminin kökünü kəsəcəyik. Amma dünya ictimaiyyəti də bu yolda Azərbaycana öz həmrəyliyini nümayiş etdirməlidir. Rusiya və Qərb ölkələrinin özləri də tarixən dəfələrlə erməni faşizmidən əziyyət çəkib. Bu gün bütün dünya faşizmin təbliğinə və qəhrəmanlaşdırlmasının əksinədir. Ona görə də, Azərbaycanın beynəlxalq arenalarda səsləndirdiyi erməni faşizminə qarşı mübarizədə hamı birləşməli və erməni faşizmi bəşəriyyət üçün təhlükə hesab olunaraq, kökünün kəsilməsi üçün hamı eyni mövqedən çıxış etməlidir”.
Aynurə Pənahqızı Demokrat.az


