“Cənab Prezident Gəncəyə səfər zamanı bir çox məsələlərə toxundu. Onlardan biri də ermənilərin yenə də faşizm ənənələrinə sadiq qalmaları ilə bağlı idi”.
Bu fikirləri Demokrat.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat müasir Ermənistanın da çox təəssüf ki, faşizmi təbliğ etdiyini diqqətə çatdırıb:
“Cənab Prezidentimizin də söylədiyi kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizminin başını əzdi, ancaq onlar təəssüf ki, tam məhv olmayıblar. Artıq hiss edirik ki, erməni cəlladları, faşistləri, uşaq cəlladları sayılan Köçəryan və Sarkisyan yenə baş qaldırırlar. Xatırlatma edim ki, biz Şuşaya daxil olanda həmin faşistlər həqiqətən də dovşan kimi Xankəndiyə qaçmışdılar. Cənab Prezidentin də bildirdiyi kimi, bir çox məsələlərdə hələ də bunları müdafiə edən dairələr var. İrəvanda bugünədək təəssüf ki, faşist Nijdenin abidəsi sökülməyib, bu abidə faşizmin açıq şəkildə təbliğatıdır və buna nəhayət ki, son qoyulmalıdır. Çünki bu adam faşist, cəllad olub. İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib”.
V.İskəndərov bu məsələdə bütün dünyanın Azərbaycana dəstək olmalı olduğunu diqqətə çatdırıb:
“Azərbaycan faşizmin başını əzməklə, təkcə ölkəmizin yox, bütün Cənubi Qafqaz regionunu faşizmdən azad etdi. Əlbəttə ki, müasir dünyada faşizmə yer yoxdur. Bütün dünya bu mənada Azərbaycana dəstək olmalıdır və biz genişlənməkdə olan erməni faşizminin başını yenidən əzməliyik. Çünki bu gün biz Sarkisyan, Köçəryanın timsalında bunun yenidən baş qaldırdığını görürük. Biz heç vaxt imkan vermərik ki, bir də Azərbaycan torpaqlarına erməni faşistlərinin hansısa bir təhdidi olsun. Təkcə Azərbaycan yox, digər ictimaiyyət də bu məsələdə həmrəy olmalıdır. Erməni faşizmin törətdiyi bu vəhşiliklər, bu dağıntılar gərək bir nümunə olsun. Faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları da bunları yaxşı bilməli və Azərbaycanın tarixi missiyası qiymətləndirməlidirlər. Düzdür, biz bu bəlanı məhv etdik. Təkcə, torpaqlarımız yox, bütün Cənubi Qafqaz regionunu bu vəhşi xislətli qüvvələrdən təmizlədik. Heç vaxt imkan verə bilmərik ki, bunlar yenidən Azərbaycan üçün potensial təhdidə çevrilsinlər. Əgər bu baş verərsə, biz onları yerindəcə məhv edəcəyik. Bunlar ümumillikdə onu deməyə əsas verir ki, Azərbaycanın iqtisadiyyatı, ordusu günü-gündən güclənir. Artıq Ermənistan da nəhayət ki, bunu dərk etməli və anlamalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


