Region

Moskvada uşaqlar arasında yoluxma artır

Moskvada uşaqlar arasında yoluxma artır

Rusiyanın Moskva şəhərində uşaqlar arasında COVID-19-a yoluxma artıb.

Bu sözləri Rusiya paytaxtı merinin sosial məsələlər üzrə müavini Anastasiya Rakova deyib:

“İndi “Omikron” ştammının yayılması ilə əlaqədar olaraq uşaq və yeniyetmələrin xəstələnmə halları xeyli artıb. Üstəlik, hər gün biz COVID-19-a yoluxmuş uşaqların xeyli sayda xəstəxanaya yerləşdirilməsini qeyd edirik”.

Rakova vurğulayıb ki, lazım gələrsə, uşaqlar valideynləri ilə birlikdə xəstəxanaya yerləşdiriləcək./oxu.az

D
demokrat.az