Dünya

İraq ordusu İŞİD-in 6 silahlısını zərərsizləşdirib

İraq ordusu İŞİD-in 6 silahlısını zərərsizləşdirib

İraq Hərbi Hava Qüvvələri ölkənin şimalında hava zərbəsi nəticəsində İŞİD-in 6 silahlısını məhv edib.

Bu barədə “Shafaq News” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, terrorçular xüsusilə Suriya ilə sərhəddə yerləşən Neynəva əyalətinin Şeyx Yunis yaşayış məntəqəsində gizlənib.

Aviazərbələrin F-16 qırıcıları vasitəsilə endirildiyi vurğulanıb.

D
demokrat.az