Gündəm

Qırğızıstan-Tacikistan sərhədində yaralıların sayı artdı, ölən var — YENİLƏNİB

Qırğızıstan-Tacikistan sərhədində yaralıların sayı artdı, ölən var — YENİLƏNİB

Qırğızıstan-Tacikistan sərhədində atışma zamanı 17 nəfər yaralanıb, ölən varQırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistanın bir sakini həlak olub.

"Report" xəbər verir ki, bu barədə Tacikistanın "ASIA-Plus" media qrupu məlumat yayıb.

Silahlı insidentdə 17 nəfər yaralanıb. Belə ki, Tacikistan tərəfdən yaralananlardan üçü mülki şəxs, səkkizi isə hərbçidir.

Qırğızıstanın Səhiyyə Nazirliyi öz növbəsində bəyan edib ki, atışmada 6 qırğız hərbçisi xəsarət alıb.

Tacikistanın İsfara şəhər merinin köməkçisi güllə yarası alıb.

21:23 Qırğızıstan-Tacikistan sərhədində gərginlik davam edir. İki ölkə arasındakı münaqişədə Tacikistanın beş vətəndaşı yaralanıb, biri ölüb.

Demokrat.azTASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın ASIA-Plus media qrupu məlumat yayıb.

"Somoniyon kəndində münaqişə zamanı güllə yarası ilə yaralananların sayı 5 nəfərə çatıb, onlardan ikisi hərbçi, üçü mülki şəxsdir", - məlumatda deyilir.

Yaralıların vəziyyəti stabildir. Onlar İsfara Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

D
demokrat.az