Region

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 176 nəfər ölüb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 412 min 031 nəfərin test edildiyi, 72 min 615 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 84 min 426 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

D
demokrat.az