Sosial

Ukraynada doğularaq vətəndaşlıq alan azərbaycanlıların sayı məlum oldu

Ukraynada doğularaq vətəndaşlıq alan azərbaycanlıların sayı məlum oldu

Ötən il Ukraynada doğulduğu üçün və valideynlərinə görə vətəndaşlıq alan azərbaycanlıların sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq verilən məlumata görə, 2021-ci ildə 57 azərbaycanlı bu ölkədə doğulduğu üçün Ukrayna vətəndaşlığını alıb.

Eyni dövr ərzində 7 nəfər azyaşlı azərbaycanlı isə valideynlərinin və ya valideynlərindən birinin Ukrayna vətəndaşı olmasına görə bu ölkənin vətəndaşlığına qəbul edilib.

Demokrat.az

D
demokrat.az