Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb. Demokrat.az xəbər verir ki, bu barədətanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalistQulu Məhərrəmli sosial şəbəkədə paylaşım edib:
"Bu, zarafat deyil.
Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb. (Rafiq İsmayılov).
İki akademikin (M.Nağısoylu və İ.Həbibdəyli) başında turp əkdiyi Orfoqrafiya lüğətinin qüsuru təkcə “hörümçək” olsaydı, bizim nə dərdimiz…" - deyə paylaşımda qeyd olunub.
Aygün Demokrat.az


