Vətəndaşların və sahibkarların “Azəriqaz” İstehsalat Birliyindən şikayətləriartıb.
Bakıvaxtı.azxəbər verir ki, təkcə bu ilin 5günü ərzində “Azəriqaz” 97 dəfə məhkəməyə çəkilib. Məhkəmələr mülki və kommersiya işləri üzrə müraciətləri icraata götürüb və hakim təyin edilib.
Mülki işlərin mahiyyəti kommunal xərclərilə əlaqədaristehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır.
97 məhkəmə işinin 4-ü kommersiya işidir. Bu işin mahiyyəti isə maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrlə bağlıdır.


