"Beynəlxalq hüququn tələblərini pozan Ermənistandır"

GÜNDƏM 12 yan 2022, 18:59
“KTMT-nin Qazaxıstanla bağlı keçirilən iclasında Nikol Paşinyan öz çıxışında yenə də sərsəm fikirlər ifadə etməklə, öz erməniliyini bir daha təqdim etmiş oldu”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, o, Qarabağla bağlı absurd fikirləri səsləndirərək, guya ki, Azərbaycan tərəfində terrorçuların olduğunu göstərməklə KTMT-nin diqqətini Azərbaycan-Ermənistan sərhəddinə çəkmək istəyib: “Paşinyan görür ki, KTMT Qazaxıstanda baş verən hadisələrlə bağlı təxribatçıların zərərsizləşdirliməsi üçün dərhal hərəkətə keçdi və vəziyyəti nəzarət altına ala bildi. Ona görə də Qarabağla bağlı absurd fikirləri sərsəmləməklə guya ki, KTMT-nin gəlməsini istəyir”.

Millət vəkili son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatların da ermənilərin reallaşdırmaq istədiyi növbəti planın tərkib hissəsi olduğunu düşünür:

“Müzəffər ordumuz sərhədlərimizdə gecə-gündüz ayıq-sayıq dayanmışdır və ermənilərin hər bir təxribata cəhdinin qarşısı on qat cavabını verməklə çox ciddi şəkildə alır. Paşinyan hələ də anlamır ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü təmin etmişdir. Azərbaycanın Ermənistandan fərqli olaraq heç bir ölkənin torpaqlarında gözü yoxdur. Burda beynəlxalq hüququn tələblərini pozan da Ermənistanın özüdür. Paşinyanın qeyd etdiyi Azərbaycan tərəfində olan terrorçular yalnız Rusiya sülhməramlıların nəzarəti altındakı ərazilərdəki silahlı ermənilərdir. Azərbaycan öz ərazisindəki terrorçularını zərərsizləşdirlməsinə qadirdir və lazım gələndə antiterror əməliyyatlarını özü həyata keçirəcəkdir. Paşinyan KTMT-nin iclasında sərsəm fikirlər səsləndirməklə özünü gülünc vəziyyətə saldı”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top